09 iyul 2019 11:37

Azercell-dən yeni “Kabinetim” mobil tətbiqi

(®) “Kabinetim” tətbiqi ilə nömrənizə nəzarət etmək artıq daha asandır

Azercell Telekom yeni nəsil bağlantı erasında öz rəqəmsal həllərini daha da zənginləşdirərək, mobil tətbiqini abunəçilərin istifadəsinə verib.

Həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional “Kabinetim” tətbiqini App Store və ya Play Store-dan Azercell/Kabinetim açar sözünü axtarışa verməklə, ödənişsiz olaraq yükləmək mümkündür.

Tətbiq istifadəçilərə nömrə xəttinin idarəedilməsi, balansa nəzarət, balans artırma, İnternet paketlərinin və Rominq internet paketlərinin aktivləşdirilməsi, tarif paketinin dəyişdirilməsi və bir çox başqa imkanlar təqdim edir.

Azərbaycan, rus və ingilis dillərini dəstəkləyən “Kabinetim” tətbiqi istifadəçilərə ən yaxşı müştəri təcrübəsi bəxş etmək məqsədilə işlənib hazırlanıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz