09 iyul 2019 09:08

Türkiyə şirkəti Orta Asiyanın ən hündür binasını tikəcək

Orta Asiyanın ən hündür binasını “Türk Özgüven” şirkəti tikəcək.

FED.az Azərtac-a istinadən xəbər verir ki, Türkiyənin “Türk Özgüven” tikinti şirkəti Orta Asiyanın ən hündür binasını Özbəkistanın paytaxtı Daşkənddə tikəcək.

215 metr hündürlükdə, 50 mərtəbəli binanın tikintisi üçün 150 milyon ABŞ dolları ayrılması nəzərdə tutulur.

Layihə 1,5 hektar ərazini əhatə edir.

“Türk Özgüven” ABŞ, Avropa və Asiya ölkələrini əhatə edən 100-ə yaxın şirkət arasında öz şərtləri ilə sifarişçi tərəfin etimadını qazana bilib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz