08 iyul 2019 19:11

Azərbaycanda yeni Palata - YARADILIB

Bakıda Azərbaycan Notariat Palatasının təsis yığıncağı keçirilib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, tədbirdə nizamnaməsi yekdilliklə qəbul olunmaqla Azərbaycan Notariat Palatası təsis edilib.
 
Daha sonra Palatanın idarəetmə orqanlarının seçkisi keçirilərək İdarə Heyətinin, Müşahidə Şurasının və Təftiş Komissiyasının tərkibi formalaşdırılıb.
 
2 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinin notariusu Hüseyn Məmmədov Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri seçilib.
 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz