08 iyul 2019 14:38

İyunda DGK-nın büdcə daxilolmaları 3% azalıb

Bu ilin iyun ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 331 663,5 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da cari ilin əvvəli ilə müqayisədə 0,6% çox, ötən ayla müqayisədə isə 2,9% azdır.

“FED.az-ın DGK-yə istinadən verdiyi məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 80 019,1 min manat təşkil edib ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 4,6% artıb, mayla müqayisədə isə 10,2% azalıb.

İyunda ƏDV üzrə daxilolmalar ilin əvvəli ilə müqayisədə 2,3%, ötən ayla müqayisədə isə 0,4% azalaraq 227 727,6 min manat təşkil edib.

Bundan başqa, iyunda aksizlər üzrə büdcə daxilolmaları ilin əvvəli ilə müqayisədə 22,1%, mayla müqayisədə isə 2,2% artıb və 20 593,7 min manat olub.

Yol vergisi üzrə daxilolmalar isə iyunda 3 323,1 min manat təşkil edib. Bu göstərici ilin əvvəlindən 2,1% artıb, mayla müqayisədə isə 8,3% azalıb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz