08 iyul 2019 08:22

"Ağ çiçəyim" gül mağazasında yanğın - YENİLƏNİB

Bakının Nizami rayonu ərazisində, "Xalqlar dostluğu" metrostansiyasının yaxınlığındakı "Ağ çiçəyim" gül mağazasında yanğın başlayıb.

FED.az Marja-ya istinadən xəbər verir ki, yanğın baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası cəlb olunub.

Bir qədər əvvəl Qara Qarayev prospekti “Xalqlar dostluğu” metrostansiyasının yaxınlığındakı gül dükanında yanğın baş verib. Bununla əlaqədar əraziyə yanğın söndürmə və digər operativ nəqliyyat vasitələri əraziyə cəlb edilib. Bu səbəbdən də prospektin bu hissəsində sıxlıq var. Ərazidən keçən müntəzəm marşrut xətlərinin hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Nəqliyyat Agentliyinin əməkdaşları ərazidə müvafiq tədbirlər görür.

 



Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz