Son zamanlar dünyada baş verən rəqəmsal transformasiyaya sürətli keçid fonunda ASAN xidmət tərəfindən vətəndaşlar və biznes qürumları tərəfindən dövlət xidmətlərini almaq üçün pilot rejimində biometrik mexanizmin işə salınması artıq zamanın tələbidir.
Eləcə də bax: Maliyyə, marketinq işçiləri və startapçılar üçün - YENİ ŞƏBƏKƏ YARADILDI
FED.az "Digital Azerbaijan"a istinadən xəbər verir ki, biometrik verilənlər bazası vasitəsilə dövlət xidmətlərinin göstərilməsi mexanizmi bu xidməti alanın (vətəndaş və ya biznes subyektinin) ASAN mərkəzlərdə dövlət xidmətinin və ya elektron hökumət portalında (e-gov, my-gov) alınması zamanı şəxsi sənədlərini ( şəxsiyyət vəsiqəsi) və ya elekton rəqəmsal imzanı təqdim etmədən üz və barmaq izindən istifadəni nəzərdə tutur.
Başqa sözlə bu zaman vətəndaşın özü ilə nə şəxsiyyət vəsiqəsilə, nə də elekton imza ilə ASAN xidmətə getməsinə ehtiyac olmayacaqdır. Biometrik verilənlər bazasında bu məlumatlar olduqdan sonra bunları özü ilə, üzərində daşımasına ehtiyac olmayacaqdır. Biometrik parametrlər informasiya sistemlərində istifadəçinin identifikasiyası və autentifikasiyası üçün istifadə ediləcəkdir.
Pilot rejimində bu zaman istifadəçilərin biometrik verilənlər bazasında qeydiyyatı könüllü əsaslarla aparılacaqdır. Yalnız bundan sonra istifadəçilər öz data məlumatlarından dövlət xidmətlərinin alınması zamanı istifadə edə bilərlər. Bununlada biometrik identifikasiyasın tətbiqi Azərbaycanlılara asanlıqla dövlət xidmətlərinin alınmasını asanlaşdıracaqdır. Qeyd edim ki, bir çox ölkələr, hətta qonşu ölkələr “one stop shop” biznes modeli ilə bu xidmətdən istifadəyə start vermişlər.
Bildirmək istrədim ki, məqaləni yazmadan öncə ASAN xidmətlə biometrik identifikasiyanı tətbiq etməklə bu servisin Azərbaycanda yaxın zamanda həyata keçirilməsi perspektivləri ilə maraqlandım. Qürumdan hal-hazırda barmaq izi vasitəsilə (şəxsiyyət vəsiqəsi və ya elekton imza tələb edilmədən, onu üzərilərində daşımadan) vətəndaş və ya biznes qürumlarına dövlət xidmətlərinin göstərilmədiyi bidirildi. Hesab edirəm ki, bu xidmətin göstərilməsi zamanın tələbidir. Qonşu və dünya ölkələrinin praktikası və ən əsası rəqəmsal transformasiya dövrü bunu tələb edir.