06 iyul 2019 16:47

YAP üzvlərinin sayı açıqlanıb

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin sayı açıqlanıb.

FED.az-ın məlumatına görə, hazırda partiyanın 742 min 170 nəfər üzvü var. Bu ilin 6 ayı ərzində YAP-a 11 mindən artıq yeni üzv qəbul olunub. 

Qeyd edək ki, YAP 1992-ci ildə yaradılıb. 1993-cü ildən Azərbaycanın hakim partiyasıdır. 2018-ci ildə siyasi təşkilat üzvlərinin sayı 20 min nəfər artıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz