06 iyul 2019 14:14

Zelenski and içəndə Poroşenko bankdan pul çıxarırmış - 34 MİLYON DOLLAR

Ukraynanın keçmiş Prezidenti Petro Poroşenko yeni dövlət başçısı Vladimir Zelenskinin mayda keçirilən inauqurasiyası müddətində bank hesabından 34 milyon dollar çıxarıb.

FED.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Administrasiyası rəhbərinin sabiq müavini, vəkil Andrey Portnov Dövlət İstintaq Bürosuna ünvanladığı bəyanatında bildirib. O, sabiq prezidentin vəzifə müddətində törətdiyi cinayətlərə görə məsuliyyət daşımağını tələb edib.

“Poroşenkonun pul mənimsəmə cinayəti ilə bağlı yeni maraqlı faktlar ortaya çıxıb. O, Vladimir Zelenskinin inauqurasiyasından əvvəl və sonra, 17-21 may tarixlərində Beynəlxalq İnvestisiya Bankındankı hesabından 3 dəfə ümumilikdə 34 milyon dollar çıxarıb”.

A.Portnov bildirib ki, 34 milyon dollar məbləğində olan vəsaitin ümumi çəkisi 340 kq-a bərabər olub.

Onun sözlərinə görə, bu məbləğ həbs qoyulmaması üçün ya başqa yerdə gizlədilib, ya da seçiçiləri ələ almaq, mitinqlərin təşkili və bəzi KİV orqanlarına nəzarəti əldə saxlamağa sərf olunub. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz