05 iyul 2019 19:09

Azərbaycanla Çin şirkətləri konteyner qatarlarının təşkili müqaviləsi – İMZALAYIB  

 
Azərbaycanla Çin şirkətləri 3 müqavilə imzalayıblar. FED.az - ın məlumatına görə, sənədlər Bakıda keçirilən Azərbaycanla Çin Xalq Respublikasının Şansi vilayəti (Sian) arasında ticarət və əməkdaşlıq forumu çərçivəsində imzalanıb.

Həmin müqavilələr “Kat Holdinq” ilə “Sian Maliyyə Holdinqi” və “Merkuri Group” MMC ilə Sianın “Çanba” ticarət şirkəti arasında əməkdaşlıq memorandumları, Azərbaycanın “ADY Konteyner” MMC ilə Çinin “Sian Continental Bridge International Logistics Co Ltd” şirkəti arasında “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşurutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə müqavilədir.
 

 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz