05 iyul 2019 11:43

Vergilər Nazirliyi reklama - 860 MİN MANAT ÖDƏYƏCƏK

Vergilər Nazirliyi reklam xidmətləri göstərən iki şirkətə 863 min 584,18 manat ödəyəcək. FED.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan”a nazirlikdən məlumat verilib.

Eləcə də bax: Azərbaycanda alıcıların gözlədiyi kassalar gətirildi – MARKETLƏRİN SİYAHISI - VERGİLƏRDƏN AÇIQLAMA

“Vergilər Nazirliyi “Maxmedia” şirkəti ilə qrafik, video və qrafik video çarxların, video təlimatların və reportajların hazırlanması, reklamların internetdə (sosial şəbəkələrdə) yerləşdirilməsi, dizayn, dizayna düzəlişlərin edilməsi və fərdiləşdirmə işlərinin satın alınması haqqında 534 min 983,68 manat dəyərində müqavilə bağlayıb”, - deyə məlumatda bildirilir.

Bundan başqa, nazirlik "Innova” şirkəti ilə açıq məkanda reklam yerləşdirilməsi xidmətinin satın alınması haqqında 328 min 600,5 manat dəyərində müqavilə bağlayıb.*

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz