04 iyul 2019 17:05

MİDA güzəştli ipoteka krediti hesabına mənzil əldə etmək istəyənlərə - MÜRACİƏT ÜNVANLAYIB

Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli ipoteka krediti hesabına mənzil əldə etmək istəyən vətəndaşlara müraciət edib.

FED.az xəbər verir ki, müraciətdə bildirilir ki, Azərbaycan Prezidentinin 2019-cu il 14 yanvar tarixli fərmanına əsasən, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştli ipoteka krediti hesabına əldə etmək istəyən elektron kabineti olan şəxs mütləq ilkin razılıq qərarının alınması üçün agent banklara müraciət etməli və agent bankdan aldığı ilkin razılıq qərarının "Güzəştli mənzil" sistemindəki elektron kabinetində yerləşdirilməsini təmin etməlidir.

Eləcə də bax: MİDA güzəştli ipoteka krediti hesabına mənzil əldə etmək istəyənlərə - MÜRACİƏT ÜNVANLAYIB

 

Qeyd edək ki, istifadəçi "Güzəştli mənzil" sistemində elektron kabinetinə daxil olaraq "İlkin razılıq qərarı" bölməsində həmin razılıq qərarını imzalamalıdır. Əks halda, mənzilləri ipoteka krediti hesabına ödəniş üsulu ilə əldə etmək mümkün olmayacaq.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz