04 iyul 2019 16:34

Rusiyanın ən dəyərli şirkəti dəyişdi

«Gazprom» dəyəri 95 milyard dolları keçdi

Rusiyanın enerji nəhəngi «Gazprom»un bazar dəyəri 95 milyard dollara (6 trilyon rubla) çatıb.

FED.az xəbər verir ki Moskva birjası məlumatlarına görə, bu gün «Gazprom» səhmlərinin qiyməti 1,1% artaraq 254,5 rubla çatıb. Bu, 2008-ci ilin avqustundan bəri ən yüksək qiymətdir. Nəticədə «Gazprom»un bazar dəyəri 6 trilyon rubl və ya 94,7 milyard dollara çatıb.

Bu artımdan sonra «Gazprom» bazar dəyəri 5,4 trilyon rubl olan «Sberbank»ı qabaqlayaraq Rusiyanın ən dəyərli şirkətləri arasında yenidən birinciliyə yüksəlib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz