04 iyul 2019 13:10

Azərbaycan dünyada mobil rezidentlik verən ilk ölkə oldu

“Həm anlaşma memorondumunun mobil imza ilə imzalanması, həm də ilk dəfə olaraq, diaspora nümayəndəsinə mobil imzanın təqdim olunmasının üstünlükləri iki istiqamətdədir: Birincisi rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi, ikinci isə diaspora nümayəndəsinə  elektron imzanın verilməsi. Diaspor nümayəndələrinə elektron imzanın verilməsi bir çox üstün imtiyazlar yaradır. Bizim həmyerlilərimiz sərhəd keçmədən, Azərbaycana gəlmədən şirkət qeydiyyatı apara, biznes qura və bizneslərini idarə edə bilərlər. Həmçinin müxtəlif maliyyə xidmətlərindən istifadə edə və yaxın gələcəkdə bank hesabı açaraq idarə edə biləcəklər”.

 

FED.az-ın məlumatına görə, bu sözləri İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Rəqəmsal Ticarət Qovşağının meneceri Nicat Əsədli e-rezidentliyin xaricdə yaşayan vətəndaşlara verəcəyi üstünlükləri AzTv-yə şərh edərkən deyib.

 

N.Əsədli vurğulayıb ki, bu proqram, nəinki Azərbaycanda, hətta dünyada yeni sistemdir: “Azərbaycandan öncə, yalnız Estoniyada elektron rezidentlik verilirdi. Azərbaycan e-rezidentliyi verən ikinci ölkə olsa da bir addım da önə keçərək  mobil rezidentlik verərək dünyada bir ilkə imza atdı. Burada xidmət sahəsi hələlik yenidir. Xidmət sahəsi davamlı olaraq genişlənəcək, yeni xidmətlər əlavə ediləcəkdir. Elektron mobil rezidentliyi əldə edənlər diaspora nümayəndələri də xidmətlərdən yararlana biləcəklər. Bu xidmətlər, həm dövlət, həm də özəl sektora aiddir”.

 

Rəqəmsal Ticarət Qovşağının meneceri qeyd edib ki, xaricdə yaşayan soydaşlarımızla ölkənin əlaqələri rəqəmsal müstəvidə davam edəcək:  “Elektron mobil rezidentlik onlara imkan yaradır ki, Azərbaycana gəlmədən müxtəlif xidmətlərdən yararlana bilsinlər. Ümumiləşdirsək onlar yeni bir rəqəmsal müstəviyə keçərək Azərbaycana bir addım da yaxın olurlar.                   e-rezidentlik xaricdə yaşayan soydaşlarımızın bir araya gəlməsində də təsirini göstərəcək. Burada yeni bir anlayış formalaşır elektron və mobil rezidentlərin yeni bir cəmiyyəti yaranmaqdadır. Dünyanın müxtəlif ölkələrindən Azərbaycanın mobil rezident imzasını almaq üçün müraciətlər olur. Bu müracitələr diaspora nümayəndələri, Azərbaycan vətəndaşları və qeyri-rezidentlər tərəfindən olur. Cəmiyyətin rolunu vurğulasaq, birinci e-mobil imzanın sahibi İSESKO-nun rəhbəri Əbdüləziz bin Osman əl-Tüveycri olmuşdur.  İSESKO-nun 50-dən çox üzvü var. Azərbaycan ona mobil imza verməklə, həmdə həmin 50 ölkədəki vətəndaşlara və oradakı Azərbaycan diaspora nümayəndələrinə bir addım da yaxınlaşır. Biz ilk elektron imzanı, Avropa Birliyinin ölkəmizdəki səfiri Kestutis Yankauskasa vermişdik. Bununla da, bir qapı Avropa Birliyinə açıldı. Bu Azərbaycan vətəndaşlarına, diaspora nümayəndələrinə həm yaxınlaşamağa kömək edir, həm də digər ölkələrin vətəndaşlarını yaxınlaşdırır. Bir-birilərinə müxtəlif sahələrdə dəstək olmağa şərait yaradır”.

 

Nicat Əsədli onu da əlavə edib ki, e-rezidentlik sahibkarlığın stimullaşdırılmasında rol oynayır: “Yeni texnologiyaların tətbiqi  sahibkarların işlərini asanlaşdırır. Buna missal olaraq, onlayn vahid ixrac ərizəsini göstərmək olar. Bu sistem imkan verdi ki, sahibkarlar ixrac üçün bir neçə dəqiqə ərzində onlardan tələbə olunan sənəd müraciətlərini edə bilsinlər. E-imzaya gəldikdə isə bunlar bir-birini tamamlayır. Azərbaycandan kənarda fəaliyyət göstərən diaspora nümayəndəsi və yaxud əcnəbi vətəndaş Azərbaycana gəlmədən,buradan şirkət qeydiyyatdan keçirib, şirkətə əməkdaşlar cəlb edə bilər. İdxal və ixrac əməliyyatlarını həyata keçirə bilər. Bizim onlayn vahid ixrac ərizəsini, rəqəmsal ticarət qovşağından istifadə edə bilər. Məsələyə kompleks baxdıqda elektron imzarəqəmsal ticarətin bir qoludur. Yaxın gələcəkdə elektron imzanın digər sahələrə tətbiqi də nəzərdə tutulur, əsasən də sərhədlərarası ticarətin aparılması yönümdə. Elektron imzanın tətbiq etdikdən sonra bizim partnyor ölkələrlə fiziki sənəd mübadiləsi, fiziki bürokratik məsələlər aradan qaldırılacaq. Bütün məlumat mübadiləsi elektronlaşacaq və daha da sürətlənəcək”.
@ TED.az

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz