04 iyul 2019 12:27

Türkiyədə varlılardan - ƏLAVƏ VERGİ TUTULACAQ

Türkiyədə varlılardan əlavə vergi tutulması payıza qalıb. FED.az xəbər verir ki, Xəzinə və Maliyyə Nazirliyinin mövcud qanunvericiliklə bağlı təklif etdiyi təkmilləşdirmələr sırasında ultra lüks əmlak satışına və yüksək gəliri olanlara aid yeni vergi tənzimləməsi də var. Lakin bu təklifə baxılmasının sentyabr ayına qədər təxirə salınması qərara alınıb. 
Eləcə də bax: Türkiyədə dövlət kasıbları necə dəstəkləyir? - DETALLAR

"Reuters" agentliyinin məlumatına əsasən, Türkiyədə büdcə kəsirinin ilin ilk beş ayında 225 faiz artmasından sonra iqtisadiyyatda daha böyük pozulmaların qarşısını almaq məqsədilə Xəzinə və Maliyyə Nazirliyi gəlir vergisi başda olmaqla, bəzi vergiləri artırmağa hazırlaşır.
Eləcə də bax: "Sən müştərinin malını necə vermirsən, bunun adı qəsb olar"

Təkliflər paketinə illik gəlirləri 1 milyon lirədən artıq olanların ödəyəcəyi verginin 50 faizə yaxın səviyyəyə çatdırılması və ultra lüks əmlaka yüksək vergi qoyulması ilə bağlı bəndlər ictimaiyyət tərəfindən də maraqla qarşılanıb. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz