04 iyul 2019 11:21

“Azərsun Holdinq”in qazancı - MƏLUM OLUB

“Azərsun Holdinq” MMC 2018-ci ili 21 milyon 998 min manat xalis mənfəət ilə başa vurub. Holdinq 2017-ci ili 27 milyon 106 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, ötən il “Azərsun Holdinq”in xalis mənfəəti 5 milyon 108 min manat və ya 18,8% azalıb.

FED.az  “Azərsun Holdinq” və onun törəmə müəssisələrinin konsolidə edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2017-ci ildə 792 milyon 758 min manat təşkil etmiş satışdan gəlirlər 2018-ci ildə 730 milyon 2 min manata düşüb.

Ötən il inzibati və ümumi xərclər artıb. Həm satışdan gəlirin azalması, həm də bir sıra xərclərin artması ilə əlaqədar olaraq holdinqin xalis mənfəəti azalıb.

İl ərzində holdiqnin aktivləri 646 milyon 100 min manatdan 705 milyon 380 min manata qalxıb.




Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz