03 iyul 2019 16:23

Vergilər Nazirliyində struktur dəyişikliyi aparılıb

Vergilər Nazirliyində struktur dəyişiklikləri aparılıb. 

FED.az xəbər verir ki, Nazirliyin iki departamentində dəyişiklik olub, 1 yeni departament yaradılıb.

Eləcə də bax: Vergi və DSMF hesabatları birləşdirilir - NAZİRLİKDƏN AÇIQLAMA

Bundan sonra Ələkbər Məmmədovun rəhbərlik etdiyi Dövlət Qeydiyyatı və Uçota Nəzarət Departamenti dəyişərək Dövlət Qeydiyyatı Departamenti, Natiq Şirinovun Baş Direktoru olduğu İqtisadi Təhlil Departamenti isə İqtisadi Təhlil və Uçota Nəzarət Departamenti adlanacaq.

Birinci departamentə rəhbər olaraq Ələkbər Məmmədov, ikincisinə isə Natiq Şirinov təyin edilib.

Bundan əlavə bəyannamələrlə bağlı səlahiyyətlər Natiq Şirinovdan alınıb və Nazirlikdə Bəyannamələr və Kameral Vergi Yoxlamalarına Nəzarət Departamenti yaradılıb. Onun da baş direktoru Elçin Ağakişiyev təyin edilib

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz