02 iyul 2019 10:08

Taxıl şirkəti ikinci ildir ki, zərərlə işləyir – HESABAT

"Salyan-Taxıl" ASC 2018-ci ilin yekunları üzrə hesabatını açıqlayıb. FED.az hesabata əsasən xəbər verir ki, şirkət ardacıl ikinci ili zərərlə başa vurub. Ötən il şirkətin gəlirləri 2017-ci illə müqayisədə 2 dəfə azalaraq 40,2 min manatdan 18,5 min manata düşüb.

Şirkətin xərcləri isə bundan 10 dəfə artıq – 188 min manat təşkil edib. Əməliyyat zərəri isə 162,8 minə yüksəlib. Nəticədə şirkət ili elə bu məbləğdə xalis zərərlə başa vurub.

Ötən il «Salyan-Taxıl» işçilərinə çəkdiyi xərcləri də 5 dəfə azaldaraq 40 min manatdan 7500 manata endirib.

Şirkətin aktivləri və kapitalı da 163 min manat azalıb və müvafiq olaraq 1,87 mlyon manata və 1,31 milyon manata düşüb.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz