Sahibkarların öz vəsaitlərini banklarda yerləşdirməsinə və nağdsız əməliyyatlara marağının artırılması üçün banklardakı vəsaitlərin qorunması mexinizmi dəyişməlidir. FED.az xəbər verir ki, bu barədə vergi və mühasibatlıq üzrə ekspert, mks.az saytının rəzbəri Anar Bayramov, «ASAN Radio»da yayımlanan «Sahibkar vaxtı» verilişində aparıcı Əli Əhmədovun suallarına cavab verərkən bildirib.
A.Bayramov bildirib ki, əvvəllər sahibkar vəsaitlərini leqallaşdırmağa və bank dövriyyəsini artırmağa meylli deyildilər. Bu ildən isə aparılan islahatlar nəticəsində leqallaşdırma ilə bağla iddi addımlar atılıb. Amma paralel olaraq sahibkarların banklara da inamı bərpa olunmalıdır: «Xatırlayırsınızsa 2015-ci ildən sonra bir neçə bank bağlandı, həmin vaxt sahibkarların cari hesablarındakı vəsait həmin banklarda batdı və onlar öz vəsaitlərini ala bilmədilər. Məsələn, «StandartBank»da milyonlarla vəsait, bəzi şirkətlərin 30-40 milyon vəsaiti batdı».
A.Bayramov bildirir ki, həmin vəsaitər cari hesablarda saxlanılan və şirkətlərin öz fəaliyyətlərində istifadə etdiyi vəsaitlər olub: «Bunlar cari hesablar idi. Yəni məhsul satıb, müəyyən xidmət göstərib və bunun müqabilində gəlir əldə edilərkən vəsaitin toplandığı hesablar».və ölkə qanunvericiliyinə görə, əmanətlərdən fərqli olaraq belə vəsaitlər yaxşı qorunmur: «Banklar haqqında qanunun 82-ci maddəsinə əsasən növbəlilik prinsipinə görə bu 7-8-ci sıralarldadır. Yəni bank müflis olanda və ya bağlananda, ilk növbədə depozitlər qaytarılır, sonra əmanətlərin sığortalanması fondunun işçilərinin əməkhaqları ödənilir, bu cür sıralanma getdikdən sonra təminatsız kredit borcları kimi, pul qalarsa vergi ödəyicisinin cari hesabındakı pullar qaytarılır».
A.Bayramov bildirir ki, vəsaitlərin bu formada qorunması ədalitsizdir və sahibkarların banka inamını azaldır: «Vergi ödəyicisi bunu depozit kimi qoymayıb, hansısa bir əlavə vəsait kimi qoymayıb, öz cari hesabıdır ki burdan mal satışına görə qazanc əldə edib, işçilərinin əməkhaqqını verməlidir və s.»
Bununla əlaqədar olaraq ekspert təklif edir ki, sahibkarları dəstəkləmək üçün vəsaitlərin qaytarılması növbəliliyində bu vəsaitlər 8-ci sırada deyil, daha əvvələ çəkilsin: «Vergi ödəyicisi əmin olsun ki nağdsız hesablaşmalar nəticəsində onun hesabında qalan vəsait təhlükəsizlikdədir, dövlət hər hansı formada zəmanət verir ki, problem olduğu təqdirdə vəsait güvəndədir. Doğrudur, hazırda banklar əvvəlki dövrlə müqayisədə daha güclüdürlər və onların bağlanması ehtimalı azdır. Amma bu risk yenə də var. görə bir növ inamı qaytarmaq üçün məncə o maddədə xüsusi bir dəyişiklik edilməlidir».