28 iyun 2019 17:24

Azərbaycan Belarusa da neft nəql edə bilər

Son dövrdə Belarusa Azərbaycan neftinin satışı həyata keçirilmir.

FED.az xəbər verir ki, bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.

Onun sözlərinə görə, bu, böyük ehtimalla, loqistik özəlliklərə bağlıdır: “Ehtimal ki, Belarus ərazisinə neftin digər ölkələrdən daşınması daha əlverişli başa gələ bilər”.

Ancaq bununla belə, SOCAR rəsmisi bildirib ki, əgər Belarus şirkətləri Azərbaycan nefti üçün SOCAR-a müraciət etsələr, Azərbaycan neftinin Belarus ərazisinə də nəqli mümkün olar.

Qeyd edək ki, bu günlərdə Belarus mətbuatı Azərbaycan neftinin Belarusa nəqli imkanlarını müzakirə edib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz