25 iyun 2019 14:39

Azərbaycan şirkəti Avropa ölkəsinə 900 milyon investisiya edəcək

Azərbaycanın “Azmont İnvestments” şirkəti Monteneqroda “Portonovi Resort Montenegrо” çoxməqsədli kurortun inşası layihəsinə 900 milyon avrodan artıq vəsait yatıracaq. Bunu baş nazir Duşko Markoviç deyib.

“Bu, Monteneqroda reallaşdırılan ən iri layihədir. “Azmont İnvestments” bu layihəyə 900 milyon avrodan artıq vəsait yatıracaq”, - Markoviç bu gün Bakıda jurnalistlərə bildirib.

Eləcə də bax: Norveç şirkətinin Azərbaycanda filialı açılıb

Eləcə də bax: Yaponiya şirkəti Azərbaycana investisiya qoyacaq - MEMORANDUM İMZALANIB


Öncə layihə 650 milyon avro həcmində qiymətləndirilirdi.

FED.az xəbər verir ki, məlumata görə, “Portonovi Resort Montenegrо” çoxməqsədli kurortun birinci mərhələsi “Portonovi Village” və “Marina Residence” apartamentlərin istifadəyə verilməsi ilə 2019-cu ildə açılacaq.

Portonovi kurortu 50-dən artıq lüks villa və 200-dən çox mənzilin yerləşdiyi 26 hektar ərazini əhatə edir. Kurorta, həmçinin Marina Residence, D-Marina Portonovi Marina, Village Residences və digər obyektlər də daxildir. Evlərdə mənzillərin bir hissəsinin icarəyə verilməsi planlaşdırılır.

Kurortda mənzilin bir kvadratmetrinin orta qiyməti təxminən 8 min avro, minimal qiyməti isə 6 min avro təşkil edəcək. 

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz