23 iyun 2019 11:55

Bakıda "X Lady" mağazası yanır - FOTOLAR

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında baş verən yanğın məhdudlaşdırılıb.

FED.az APA-ya istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, hadisə yerinə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev gəlib.

 

saat 10.55

Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "X-Lady" mağazasında başlayan yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Fövqəladə Hallar Nazirliyi "X-Lady" mağazasında yanğınla bağlı operativ qərargah yaradıb.

***

saat 10.47

Fövqəladə Hallar Nazirliyi "X-Lady" mağazasında yanğının başlaması barədə məlumat yayıb.

FHN-nin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində yerləşən X-Lady mağazasında yanğın olması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

***

saat 10.35

Bakıda məşhur mağaza yanır.

Nizami rayonunda Neftçilər metrosu yaxınlığındakı "X Lady" mağazası yanır.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri və canlı qüvvələri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz