19 iyun 2019 19:22

Sərvəti 100 milyardı keçən üçüncü adamın - KİMLİYİ MƏLUM OLDU

“Louis Vuitton Moët Hennessy” modalar evinin sahibi, fransalı Bernar Arno sərvəti 100 milyard dollar səviyyəsini keçən üçüncü şəxs olub.

FED.az xəbər verir ki , onun sərvəti 100,4 milyard dollara bərabərdir.

ELƏCƏ DƏ BAX : Milyonerlərin qaçdığı ölkələr - TOP-9 

Təkcə son sutka ərzində B.Arno 3 milyard dollar zənginləşib.

Milyarderlər reytinqində Bernar Arno yalnız “Amazon”un təsisçisi Ceff Bezos (119 milyard dollar) və “Microsoft”un keçmiş rəhbəri Bill Geytsdən (106 milyard dollar) geri qalır.

Qeyd olunur ki, Bernar Arnonun sərvəti Fransanın ümumi daxili məhsulunun 3 faizinə bərabərdir.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz