19 iyun 2019 08:56

“Məhkəməyə “Mercedes”lə gəlir, amma vəkili dövlət hesabına tutur”

“Dövlət hesabına vəkilə ödənən vəsait bəzi hallarda israf edilir”.

Eləcə də bax: Azərbaycan vətəndaşları məhkəməni udub-udmayacaqlarını - ƏVVƏLCƏDƏN ÖYRƏNƏCƏKLƏR – YENİLİK

FED.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib. 

A.Bağırov təəssüflə qeyd edib ki, hazırda dövlət hesabına işlərə çıxan vəkillərlə bağlı bəzi problemlər var və onların həlli mexanizmi olmalıdır.

“Məsələn vətəndaş deyir ki, mən vəkil istəyirəm, istintaq orqanı araşdırmadan götürüb, şəxsə dövlət hesabına vəkil təyin edir. Axı, bu vəkilə ödənən vəsasit dövlət hesabınadır. Büdcədən ödənən vəsaiti israf etmək olmaz. Bəlkə bu vətəndaşın imkanı var ki, özünə vəkil tutsun. Baxırsan ki, “Mercedes”lə məhkəməyə gəlir, dövlət hesabına vəkil tutur. Axı, bu adamın maddi imkanı var, özünə vəkil tutsun. Nəyə görə, belə adamlara dövlət hesabına vəkil tutulmalıdır? Yəni, bu işlərin bir mexanizmi olmalıdır. Belə halların qarşısı alınmalıdır” – deyə, sədr qeyd edib. 

Eləcə də bax: «Məhkəmə hakimlərinin maaşı 5-10 min manatdan az olmamalıdır»  - MÜSAHİBƏ


Mənbə: e-huquq.az

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz