19 iyun 2019 08:41

Pensiyalar da artırılır - MƏBLƏĞ- PREZİDENTDƏN YENİ TƏŞƏBBÜS

1 oktyabr 2019-cu il tarixində Azərbaycanda minimum pensiya 200 manata qaldırılacaq.

Bunu Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

"Cənab Prezident İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna dəyişikliklər edilməsi təşəbbüsü ilə çıxış etmişdir. Həmin dəyişikliklərə görə, ölkədə minimum pensiyanın məbləği 1 oktyabr 2019-cu il tarixindən 160 manatdan 200 manata çatdırılacaqdır. Bu da təxminən 25% artımdır. Hesablamalara görə, bu artımın əhatə dairəsi 700 minə yaxın insanı əhatə edəcək". 

Anar Əliyev bildirib ki, minimum pensiyaların məbləği qanunla tənzimləndiyindən ölkə başçısı müvafiq təşəbbüslə çıxış edərək bu istiqamətdə MM-ə qanunvericilik təşəbbüsü ilə çıxış edib. Bu islahatın maliyyə dəyəri 200 milyon manata bərabərdir. 

"Minimum pensiya nə deməkdir? Bu o deməkdir ki, öıkədə 1 oktyabr 2019-cu il tarixindən 200 manatdan aşağı pensiya alan olmayacaqdır. Yəni, 200 manatdan aşağı pensiya alan təqaüdçülərin pensiyaları artırılaraq 200 manata çatdırılacaqdır".

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz