18 iyun 2019 11:41

Toxum emalı müəssisəsi - İNŞA EDİLİR

Qarabağ bölgəsində toxumçuların istehsal etdikləri toxum materialının keyfiyyətli və vaxtında emal edilərək əkinə hazırlanması məqsədilə Ağcabədidə Dövlət Toxum Fondunun emal müəssisəsi inşa edilir.

Eləcə də bax: 5 ayda Azərbaycan iqtisadiyyatına yatırılan investisiya - MƏLUM OLDU

FED.az xəbər verir ki, Hüsülü kəndi ərazisində inşa edilən dənli bitkilərin emalı zavodu üçün 1,1 hektar ərazi ayrılıb. Burada taxıl təmizləmə bloku, ikimərtəbəli inzibati bina, nəzarət-buraxılış məntəqəsi, tərəzi otağı, anbar, içməli və yanğın əleyhinə su anbarları və sair yaradılır. Zavodun emal bölməsində 5 ədəd toxumtəmizləyici dəzgah quraşdırılacaq. Sonuncu dəzgahdan təmiz halda çıxan toxum dərmanlanaraq kisələrə doldurulacaq.

Saatda 5 ton toxum emal etmək gücünə malik müəssisənin inşasının növbəti taxıl səpininə qədər başa çatdırılması nəzərdə tutulur. Zavodun fəaliyyətə başlaması Qarabağ bölgəsindəki taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz