14 iyun 2019 22:06

Türkiyədə nəhəng sərnişin təyyarəsi suda batdı - VİDEO  

Türkiyənin Ədirnə vilayətində, Soros sahillərində nəhəng sərnişin təyyarəsi planlaşdırılmış şəkildə suda batırılıb. Məqsəd ərazidə turizmin inkişaf etdirilməsidir.

ELƏCƏ DƏ BAX: Neft zavodunda şiddətli partlayış

Sahildən 1800 metr məsafədə “Airbus A330” tipli laynerin batırılması üçün təntənəli mərasim təşkil olunub.  Layner 30 metr dərinliyə endirilib.

90 ton ağırlığındakı təyyarə Soros sahillərinə 6 TIR vasitəsi ilə gətirilərək, burda montaj-quraşdırma işləri aparıldıqdan sonra suya endirilib. Uzunluğu 60 metr olan bu təyyarə indiyədək turizmin inkişaf etdirilməsi məqsədi ilə batırılan ən böyük təyyarədir.

Qeyd edək ki , layihə Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) dəstəyi ilə həyata keçirilib.


Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz