13 iyun 2019 20:05

Azərbaycanda aqrar məhsulların istehsalı - İKİ DƏFƏ ARTIB  

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı iki dəfə artıb.

FED.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov V Avropa İttifaqı-Azərbaycan biznes-forumunda çıxış zamanı deyib.

ELƏCƏ DƏ BAX :“Aqrar sığorta haqqında” qanun layihəsi qəbul edildi

Onun sözlərinə görə, ötən il ərzində bu sahədə 4,6 faizə qədər artım olub:

“İxracın təşviqində müsbət nəticələr əldə edilib. Ötən ildə kənd təsərrüfatı məhsullarının ixracı 11 faiz artıb”.

İ.Kərimov onu da qeyd edib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları keyfiyyət baxımından rəqabətədavamlıdır: 

“Məqsədimiz Aİ ilə bu sahədə əməkdaşlığı gücləndirmək və Avropanın tələblərinə, standartlarına uyğun keyfiyyətli məhsullar istehsal etməkdir. Bununla yanaşı, ixracı təşviq etmək üçün qanunvericiliyə önəm veririk.

Ötən il Aİ və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsi 237 milyon dollar təşkil edib. Azərbaycandan Aİ ölkələrinə 47,8 milyon dollarlıq məhsul ixrac edilib. 189 milyon dollarlıq kənd təsərrüfatı məhsulu isə idxal olunub. Mövcud potensialı nəzərə alaraq bu rəqəmləri xeyli artırmalıyıq”.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz