12 iyun 2019 21:22

 Mətanət A işçi axtarır - VAKANSİYA

“Mətanət A” şirkəti Təlim və İnkişaf üzrə menecer vakansiyasını elan edir

Vəzifə öhdəlikləri:

 Şirkətin Təlim və İnkişaf siyasətinə əsasən Təlim və İnkişaf prosesinin təşkili və idarə edilməsi;
 Şirkət üçün illik təlim planının hazırlanması;
 Təlim planına əsasən illik təlim büdcəsi hazırlanması və idarə edilməsi;
 Şirkət daxilində təlim və inkişaf ehtiyaclarının müəyyən edilməsi;
 Təlimçilərin  və təlim proqramlarının effektivliyinin qiymətləndirilməsi, təkmilləşməsi üçün tövsiyələr verməsi;
 İşçilərin təlimlərə cəlb etmə və iştiraklarını təmin etmə məqsədilə güclü kommunikasiya strategiyasının qurulması;
 Şirkətin ehtiyacına müvafiq olaraq bilik səviyyəsini ölçmək üçün sorğular keçirilməsi və qiymətləndirmə prosesinin təşkil edilməsi;
 Bütün əməkdaşların təlim sənədlərinin yenilənməsini və 1C sisteminə vaxtlı-vaxtında daxil edilməsini təmin etmək;
 Plana uyğun olaraq, bütün törəmə şirkətlərdə təlimləri təşkil etmək;
 Şirkət işçiləri arasında təlim fəaliyyətini fəal şəkildə təşviq etmək;
 Müəyyən edilmiş büdcə və illik təlim planına müvafiq olaraq, aylıq təlim fəaliyyətlərini planlaşdırmaq və aparmaq.

İş şəraiti:

 İş saatı: 09-00-dan 18-00-dək;
 İstirahət: Şənbə və bazar günü.

Əmək haqqı:

 Razılaşma yolu ilə.

Tələblər:

 Ali təhsil;
 Müvafiq sahədə ən az 3 il iş təcrübəsi;
 Azərbaycan, Rus və ya İngilis dillərində  şifahi və yazılı ünsiyyət qurma bacarıqları;
 Yüksək ünsiyyət, qarşılıqlı əlaqə və problemləri həll etmək bacarığı;
 Komanda işinin təşkili.

Qeyd:

 CV-lərinizi mövzu sətrində vakansiyanın adını qeyd edərək [email protected] ünvanına göndərin.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz