12 iyun 2019 11:18

Gürcüstanın turizmdən builki gəliri - 1 MLRD DOLLARI ÖTÜB

Bu ilin yanvar-may aylarında Gürcüstanın beynəlxalq turizmdən gəliri 1,1 mlrd. dollar təşkil edib.

FED.az -ın məlumatına görə, “Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Administrasiyası məlumat yayıb.

Eləcə də bax: AZAL - ın bu il Tbilisiyə daşıdığı sərnişinlərin sayı - MƏLUM OLUB

Keçən ilin müvafiq dövrü ilə müqayisədə gəlir 101 mln. dollar və ya 9,8% artıb.

Yalnız may ayında qonşu ölkə turizmdən 281 mln. dollar gəlir əldə edib ki, bu da ötən ilin eyni göstəricisindən 35 mln. dollar və ya 14,2% çoxdur.

Qeyd edək ki, bu ilin il beş ayında Gürcüstana 2 988 478 əcnəbi səfər edib. Turistlərin sayı 1 655 163 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 121 378 nəfər və ya 7,9% çoxdur.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz