11 iyun 2019 15:55

“Bank Standard”ın Kreditorlar Komitəsinin növbəti iclası keçirilir

Bu gün Bakıda ləğv prosesində olan “Bank Standard” QSC-nin Kreditorlar Komitəsinin növbəti iclası keçirilir.

FED.az xəbər verir ki, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasında, Fondun icraçı direktorunun müavini Vüqar Abdullayevin iştirakı ilə baş tutub.

Bununla belə, iclasda Kreditorlar Komitəsinin 27 üzvündən cəmi 11-i iştirak edir. Komitənin sədri Əkrəm Həsənov bildirib ki, bu cür vəziyyətdə hər hansı qərarın qəbulu mümkün deyil, odur ki, Komitənin tərkibi yenidən formalaşdırılmalıdır.

“Qərar qəbul etmək üçün Komitə üzvlərinin azı 2/3 hissəsi iclasa qatılmalıdır. İndiyə qədər cəmi 3 iclasda yetərsay olub. ADIF “Bank Standard”la bağlı əsasnamə hazırlayıb və məhkəmə onu təsdiq edib. Mən isə dəfələrlə məhkəməyə müraciət etmişəm ki, əsasnamə dəyişdirilsin. Çıxış yolu kimi təklif edirəm ki, komitə üzvləri təkrar seçilsin. Yeni sədr, katib və üzvlər məlum olandan sonra bunu sənəd formasından təsdiq üçün məhkəməyə göndərək. Çünki əsasnaməyə görə, Kreditorlar Komitəsinin yeni tərkibini məhkəmə təsdiq etnəlidir".

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz