11 iyun 2019 14:31

"KƏPƏZ BOKT"un direktoru Rəşad Əliyev üçün – ÖZƏL GÜN

Bu gün Azərbaycanın maliyyə bazarının peşəkar menecerlərindən olan “KƏPƏZ BOKT” MMC-nin direktoru Rəşad Əliyevin ad günüdür. Belə ki, 11 iyun tarixində R.Əliyevin 38 yaşı tamam olur.

Qeyd edək ki, R.Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. O, maliyyə kredit sahəsində 15 illik iş təcrübəsinə malikdir.

R.Əliyev 2004-cü ildən Azərbaycanın bir çox tanınmış maliyyə qurumlarında, o cümlədən bank və qeyri bank təşkilatlarında rəhbər vəzifələrdə çalışıb.
 
R.Əliyev maliyyə-kredit sahəsi üzrə bir neçə beynəlxalq təlimlərin, seminar və konfransların iştirakçısı olub.

FED.az komandası olaraq, Rəşad müəllimi təbrik edir, ona işlərində uğurlar arzulayırıq. 

 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz