11 iyun 2019 14:22

Dünyanın ən rəqabətqabiliyyətli şəhərlərinin reytinqi açıqlanıb - TOP-10

"AT Kearney" beynəlxalq konsaltinq agentliyinin ekspertləri dünya şəhərlərinin rəqabətqabiliyyətlilik səviyyəsini qiymətləndirərək "Global Cities Report 2019" reytinqini tərtib ediblər.

FED.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, rəqabətqabiliyyətlilik indeksini hazırlayan zaman mütəxəssislər dünyanın 135 şəhərini 27 parametrə görə qiymətləndiriblər. Sözügedən parametrlər beş əsas göstəriciyə ayrılıb: işgüzar fəaliyyət, insan kapitalı, məlumat mübadiləsi, mədəni təcrübə və siyasi iştirak.

Nəticədə, reytinqin ilk üçlüyündə Nyu-York, London və Paris şəhərləri qərarlaşıb.


Dünyanın ən rəqabətqabiliyyətli TOP-10 şəhəri:
 

# Şəhər
1 Nyu-York
2 London
3 Paris
4 Tokio
5 Honkonq
6 Sinqapur
7 Los-Anceles
8 Çikaqo
9 Pekin
10 Vaşinqton

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz