10 iyun 2019 17:28

Kiçik ailə biznesini quranlar: oğul dizayn verir, dibçəyi ata düzəldir, gülü ana yetişdirir

Elşən Babayevin bu təklifi Qubanın Alpan kəndində yaşayan ata-anası üçün göydəndüşmə olub.

Həm həyatlarındakı boşluğu doldurub, həm də onlara iş yeri olub.

Əvəllər bənna işləmiş Mikran Babayev müəyyən yaşdan sonra iş tapmağın çətin olduğunu düşünür, ona görə də oğlunun təklifini dərhal dəyərləndirib.

İndi oğul dizayn verir, dibçəyi ata düzəldir, gülü ana yetişdirir. Amma uşaqlıqdan gül yetişdirməyi sevsə də, Gülnarə Babayeva belə bir biznesə başlamağa ehtiyat edib.

ELƏCƏ DƏ BAX : "PAŞA Holding"in böyüklüyü məlum oldu

 

Baxmayaraq ki, bu kiçik ailə biznesi bir kənddədir, internet onlara müştəri tapmaqda böyük qapı açıb.

Dibçək güllərinin qiyməti 10-60 manat arasında dəyişir. Ailə bu biznesini böyütməyi planlaşdırır.

Yaratdıqları brendə "Künc" adını vermiş ailə məhsulları ilə hər evin bir küncündə göz oxşamaq istəyir.

Qubanın Alpan kəndində yaşayan Babayevlər ailəsi

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz