Azərbaycanda aqrar sığortanın tətbiqi imkanları, bu yeniliyin aqrar biznesə, maliyyə sektoruna və ümumilikdə iqtisadiyyata gətirəcəyi yeniliklərlə bağlı FED.az-ın suallarına peşəkar və tanınmış sığortaçı Fuad SADIQOV cavab verir.
- Azərbaycan fermerləri, iş adamları sığortaya pul ödəməyə hazırdırlarmı?
- Artıq uzun müddətdir ki, dövlət tərəfindən əhalinin maliyyə savadlılığının artırılması istiqamətində xeyli müsbət işlər görülür və bunun məntiqi nəticəsi olaraq artıq kənd əhalisində investisiyaların hansı yollarla cəlb edilməsi imkanları, onların səmərəli idarəedilməsi və əlbəttə ki, risklərin düzgün qiymətləndirilməsi aşılanmaqdadır. Kənd təsərrüffatı sahəsində çalışan hər bir fermer çox yaxşı bilir ki, bu sahə həddən artıq risklidir və ildən ilə fərqli nəticələrlə sonuclana bilər. Bunu nəzərə alaraq hər bir fermer fəaliyyətinin davamlı olmasını istəyir və özünü risklərdən qorumaq üçün böyük məmnuniyyətlə sığorta xidmətlərindən istifadə edəcəkdir.
- Aqrar sığortanın ölkəmizdə tətbiq edilməsi üçün tələbatın olması aydındır. Bəs bunu tətbiq etmək üçün bütün lazımı şərait, lazımı göstəricilər (məsələn hava datası və s.) mövcuddurmu və ya əlçatandırmı?
- Çox düzgün vurğuladınız ki, aqrarsığortaya tələbat var, lakin bunu etmək üçün nələrə ehtiyac var. İlk öncə bu sahəni tənzimləyən hüquqi çərçivə formalaşmalıdır ki, hansı ki artıq bildiyiniz kimi MBNP və KT tərəfindən qanun və digər normativ hüquqi aktlar hazırlanmaqdadır. Bunlarla yanaşı müvafiq dövlət qurumları tərəfindən elektron məlumat bazaları aqrarsığorta fonduna təqdim olunmalıdır. Bel ki, bu məlumatlar sırasında meteoroloji məlumatlar, fermerlərin elektron qeydiyyat sistemi, iribuynuzlu hevanların qeydiyyat sistemləri, torpaqların elektron xəritələri (kadastr məlumatları) və digər elektron sistemlər vardır. Bu məlumatların vahid mərkəzdə fotmalaşması şərtdir və yeni aqrarsığorta mühitinin düzgün formalaşmasına yardım edəcəkdir. Bunlarla yanaşı ən vacib olan faktor peşəkar mütəxəssislərin olmasıdır. Beləki, azərbaycanda sığorta sahəsində təcrübəsi olan aqronom ekspert kifayyət qədər deyil. Buda öz növbəsində riskin həm ilkin qiymətləndirlməsinə, eləcədə sığorta hadisəsinin düzgün tənzimlənməsinə öz mənfi təsirini göstərə bilər. Bunların hamısının olması sistemin düzgün və effektiv işləməsinə dəstək olacaqdır.
- Sizcə, aqrar sığortanın tətbiqi fermerlərin biznesindən başqa hansı sahələrə təsir edəcək?
- Bu işin uğurla nəticələnməsi birbaşa qeyri-neft ÜDM-in artımına, ixrac potensialının güclənməsinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına, işsizlik səviyyəsinin və urbanizasiyanın azalmasına köməkliyini göstərəcəkdir. Bildiyiniz kimi ölkəmizin neft məhsullarından sonra ən çox ixrac etdiyi məhsullar kənd təssərrüfatı məhsulları olan fındıq, pambıq və pomidordur. Bu istiqamət üzrə ixrac potensialın artması ümumi iqtisadi artımının təməlini təşkil edəcəkdir.
- Bu sığorta aqrar sahədə hansı riskləri sığortalayacaq? Bütün risklərimi yoxsa ilk növbədə yalnız əsas risklər əhatə olunacaq?
- İlkin etapda iki əsas istiqamət, heyvandarlıq və bitkiçilik üzrə olan risklərin sığortalanması gözlənilir. Burada dövlətin kənd təsərrüfatı üzrə siyasətinə uyğun olaraq strateji məhsullar müəyyən olunmalıdır və onlara uyğun olaraq əsas risklər müəyyən olunacaqdır. Təcrübəyə əsasən bitkiçilik üzrə ilkin olaraq pambıq, fındıq və digər vacib məhsullar müəyyən olunur və ən kritik risklərdən sayılan dolu və digər klassik risklərə təminatı verilir. Daha sonra təcrübə formalaşdıqca digər təminatların artmasını görmək olar. Misal üçün Türkiyədə TARSİM tərəfindən artıq növbəti ildən "gəlir itkisi" təminatı verilməsi gözlənilir. Bu təminat artıq qoyulan investisiyalarla yanaşı ehtimal olunan gəlirin itirilməsinində sığortalanmasını təmin edəcəkdir. Lakin bu təminatın verilməsi üçün kifayyət qədər vaxt və təcrübə formlaşmalıdır.
- Azərbaycan təcrübəsini öyrəndiyi ölkələrdə aqrar sığortanın tətbiqi hansı çətinliklərlə müşayət olunub?
- Dünya təcrübəsində uğursuz modellər əksər hallarda dövlətin heç bir iştirakı olmayan və yalnız kommersiya əsaslı olan modellərdə olmuşdur və onların əksəriyyəti iflasa uğramışdır. Uğurlu təcrübələr isə "Dövlət Özəl Əməkdaşlığı" prinsipi üzərində formalaşan modellərdə müşahidə olunur. Burada dövlətin dəstəyi dayanıqlığı və davamlılığı, sığorta sektorunun iştirakı isə çevikiyi təmin edir. Bildiyiniz kimi, bizdə aqrarsığorta hazırda kommersiya əsaslı olduğundan həm subsidiyaların alınması çevik deyil həmdə təkrarsığorta təminatı əlçatan deyil. Beləki, kiçik fermer təsərrüfatları sığortalandıqda onların təkrarsığortalanması mümükün olmur və sığortaçılar bunsuz riski qəbul etməkdən imtina edillər. Nəticədə sistem işləmir. Mövcud modeldə kiçik fermer təsərrüfatlarının bir mərkəzdə (fondda) cəmlənməsi və vahid risk kimi xarici təkrarsığorta bazarlarına çıxışının əldə olunması təmin olunacaqdır. Subsidiyaların alınması birbaşa fond tərəfində həyata keçiriləcəkdir.
- Bunların Azərbaycanda təkrarlanmaması üçün hansı tədbirlər görülməlidir?
- Modelin uğurlu olmasının ən vacib şərti düzgün kadr potensialının formalaşmasıdır. Bu sahənin vacibliyi birbaşa Kənd Təsərrüfatı Naziri tərəfindən dəfələrlə vurğulanıb və onların bu işdə uğurlu nəticə əldə edəcəklərinə inanıram. Bu məqsədlə artıq ötən ilin sonlarında Azərbaycan və Türkiyə KT nazirləri tərəfindən müvafiq razılaşma memorandumları imzalanıb və TARSİM-in bu sahədə ölkəmizə maksimum dəstək olmaları və kadr potensialının formalaşdırılması istiqamətində razılıq əldə olunubdur.