10 iyun 2019 09:59

Bu gün TV və radiolar işləməyəcək - 9 SAAT

Bu gün Azərbaycanın efir məkanında kompleks profilaktika keçirilir.

FED.az  xəbər verir ki, kompleks profilaktika ilə əlaqədar telekanal və radioların yayımı saat 06:00-dan başlayıb və saat 15:00-dək dayandırılacaq.

Qeyd edək ki, profilaktika işləri daha əvvəl təsdiq olunmuş cədvələ uyğun həyata keçirilir. 2019-ci ilin cədvəlinə əsasən dörd profilaktika nəzərdə tutulub.

 

Birinci profilaktika martın 4-də keçirilib. Növbəti kompleks profilaktika sentyabrın 16-da və dekabrın 9-da keçiriləcək.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz