09 iyun 2019 10:59

DOST mərkəzlərində ömürlük müavinət veriləcək – YENİ QƏRAR

Azərbaycanda yeni yaradılan DOST Mərkəzlərində ömürlük müavinətlər də təyin ediləcək.

FED.az xəbər verir ki, bu Nazirlər Kabinetinin “Pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğu vəzifəsində “Dövlət qulluğu haqqında” qanunun 23.2-ci maddəsi ilə müəyyən edilmiş minimum qulluq stajına və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçularına təyin edilən ömürlük müavinətin təyin olunması Qaydasına etdiyi dəyişikliklərdə əksini tapıb.

Həmin qaydanın 3-cü hissəsinin birinci cümləsinə, 4-cü hissəsinin birinci abzasına və 8-ci hissəsinə ismin müvafiq hallarında “şəhər, rayon şöbəsi” sözlərindən sonra ismin müvafiq hallarında “və ya “DOST” mərkəzi” sözləri də əlavə edilib.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz