08 iyun 2019 11:56

ABŞ İrana qarşı yeni sanksiya tətbiq edib - AÇIQLAMA

ABŞ-ın Maliyyə Nazirliyinin Xarici Sərvətlərin Nəzarət ofisi (OFAC) İranın ən böyük neft-kimya firması olan İran Körfəzi Neft Kimya Sənaye Şirkət (Persian Gulf Petrochemical Industries Company/PGPIC) və onun 39 alt şirkətini sanksiya siyahısına aldığını açıqlayıb.

FED.az xəbər verir ki, OFAC-dan verilən yazılı açıqlamaya görə, sanksiyanın səbəbi sözügedən şirkətlərin İranın İnqilab Keşikçiləri Ordusuna məxsus olan «Khatam al-Anbiya» adlı inşaat şirkətinə maddi dəstək verməsi olub.

Açıqlamada bildiridir ki, «Khatam al-Anbiya» və «Basij Cooperative Foundation» kimi firmalar İranın ticarət və maliyyə bazarında böyük paya malikdir.
Bu firmalar müdafiə, inşaat, havaçılıq, neft, bank, metal, avtomobil və mədənçıxarma kimi milyard dollarlıq dövriyyələri nəzarətdə saxlayır, bununla da İnqilab Keşikçilərinə maddi dəstək verirlər.

Açıqlamada o da bildirilir ki, sözügedən şirkətlər İranın neft-kimya sektorunun 40%-ni əlində saxlayır və İranın ümumi neft-kimya ixracının 50%-nə malikdir.

Sanksiya qərarı ilə bağlı açıqlama verən ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib ki, ABŞ belə firmaları hədəfə götürməklə İnqilab Keşikçilərinə dəstək verən şirkətlərin maliyyə mənbələrini kəsmək niyyətindədir. Həmin təşkilata dəstək olan şirkətlərə qarşı sanksiyalar davam edəcək.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz