07 iyun 2019 20:06

UEFA finalına görə Azərbaycanda kart əməliyyatlarının həcmi 2 dəfə artıb

"Bu il UEFA Avropa Liqasının finalı ilə bağlı Azərbaycana xarici ölkələrdən çoxlu sayda qonaqlar gəlib və bununla əlaqədar 23-30 may tarixlərində “Milli Kart” prosessinq sistemi vasitəsi ilə aparılan əməliyyatların həcmi 8 mln manatdan çox olub. Bu isə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 4 mln manat, yaxud 2 dəfə çoxdur”. 

Bu, “Milli Kart” MMC-dən bildirilib.

Məlumata görə, qeyd edilən dövr ərzində əməliyyatların sayında da 30%-lik artım qeydə alınıb: “Əgər ötən il əməliyyatların sayı 200 min idisə, bu il 30% civarında artaraq 300 minə yaxınlaşıb”.

Qeyd edək ki, POS-terminallar vasitəsi ilə aparılan əməliyyatların, təxminən, 95%-i milli valyutada olub.

Xatırladaq ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 30 bankdan 5 bank və "Azərpoct" kart əməliyyatlarını “Milli Kart” prosessinq mərkəzi vasitə ilə həyata keçirir.

Azərbaycanda olan digər prosessinq mərkəzi – “Azeri Card” MMC isə məlumatlarını hələ ki, açıqlamayıb.

Əlavə edək ki, UEFA Avropa Liqasının finalı bu il mayın 29-da Bakı Olimpiya Stadionunda İngiltərənin "Arsenal" və "Çelsi" klubları arasında baş tutub.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz