07 iyun 2019 18:00

MİDA Yasamal Yaşayış Kompleksində aprelin sonunda seçilmiş mənzillərin - SATIŞINI BAŞA ÇATDIRIB

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Yasamal Yaşayış Kompleksində bu ilin aprelin 29-da seçilmiş mənzillərin satışı başa çatdırılıb.

FED.az xəbər verir ki, Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 6-9 saylı binaları üzrə 29.04.2019-cu il tarixində “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilmiş ümumilikdə 154 mənzildən 144-nün alqı-satqısı başa çatıb.

Satışın nəticələri barədə statistik məlumatlarla daha ətraflı buradan tanış ola bilərsiniz.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz