06 iyun 2019 08:59

Meksika ABŞ-la rüsum problemini razılaşdıra bilməyib

Meksikadan ixrac edilən mallara qarşı ABŞ-ın tətbiq etdiyi rüsum problemi ilə əlaqədar bu iki ölkə arasındakı danışıqlarda razılıq əldə olunmayıb.

FED.az xəbər verir ki, bu barədə “NBC” ABŞ administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Eləcə də bax: Azərbaycanlı turistlərin Gürcüstandakı - XƏRCLƏRİ AZALIB

Meksikanın XİN rəhbəri Marselo Ebrard ötən gün Vaşinqtonda ABŞ dövlət katibi Mayk Pompeo ilə görüş keçirib. O, hələ iyunun 4-də bu məsələ ilə bağlı ABŞ rəsmiləri ilə razılığa gəlmək şansını yüksək qiymətləndirirdi.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz