04 iyun 2019 21:17

Kompüter və planşetlərin - SATIŞI AZALACAQ

"international Data Corporation” (IDC) tədqiqat şirkəti 2019-cu ildə fərdi kompüter, noutbuk, işçi stansiya və planşetlərin (o cümlədən hibridlərin) qlobal tədarükünün 392,5 milyon ədədə çataraq 2018-ci ilə nisbətdə 3 faiz azalacağını proqnozlaşdırır.

FED.az “DailyComm” resursuna istinadən yazır ki, analitiklərin gözləntisinə görə, yaxın illərdə kompüter qurğuları bazarının həcmində illik azalma 1,6 faiz olacaq və 2023-cü ildə 1,6 faiz təşkil edəcək.

Bazarın natural ifadədə azalmasına baxmayaraq pul ifadəsində azalma gözlənilmir: 2019-cu ildə mədaxil 237 milyard dollar təşkil etməklə 2018-ci ilin göstəricisi ilə müqayisədə dəyişməz qalacaq.

Bundan başqa, bazarda ticarət dövriyyəsinin artımına “Windows 7” əməliyyat sisteminin dəstəyinin dayandırılacağı ilə əlaqədar yeni kompüterlər almaqda davam edən korporativ seqment xidmət edir.

İstehlak seqmentində kompüter texnikasına tələbat isə azalır. Analitiklərin proqnozuna görə, 2019-cu ildə dünya fərdi kompüter və planşetlər bazarının həcmi 6 faiz azalacaq, yaxın 5 ildə isə tədarükdə illik azalma 2,7 faiz olacaq.

Ənənəvi noutbuk və planşetlər istehlak seqmentini sıxışdırmaqda davam edir. Bu isə istifadəçilərin hibrid modellərin də daxil olduğu daha nazik yeni form-faktorlara keçməsi ilə izah olunur.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz