04 iyun 2019 19:48

SOCAR neft məhsullarının satışından gəlirini kəskin artırıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2018-ci ildə xam neft satışından gəlirini 3,3% artıraraq 58 milyard 462 milyon manata çatdırıb.

Bu barədə şirkətin 2018-cı il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.

Hesabat dövründə şirkətin neft məhsullarının satışından gəlirləri 40 milyard 93 milyon manat olub ki, bu da 2017-ci ildən 61,6% çoxdur.

Təbii qaz satışından isə SOCAR 3 milyard 191 milyon manat gəlir əldə edib. Bu isə 2017-ci ildəki göstəricidən 19,5% artıqdır. 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz