04 iyun 2019 14:05

Hotellərə ulduzların verilməsi prosesinə - BAŞLANILACAQ

Yaxın zamanlarda hotellərə ulduzların verilməsi prosesinə başlanılacaq.

FED.az xəbər verir ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib ki, hazırda hotellərə ulduzların verilməsi istiqamətində iş aparılır.
Eləcə də bax: Dövlət Turizm Agentliyi AZAL-ın biletlərinin - BAHA OLMASINDAN DANIŞIB

F.Nağıyev əlavə edib ki, son zamanlarda ölkədə hostel və üç ulduzlu hotellərin sayı artır.

Agentlik sədri hazırda ölkədəki hotellərin sayının turistlərin tələbatını ödədiyini də söyləyib.

Bununla belə F.Nağıyev hesab edir ki, ölkədə yeni hotellər açılmalıdır. O, bunun üçün sahibkarlara dəstək verdiklərini də nəzərə çatdırıb.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz