30 may 2019 09:29

10 000 000% inflyasiya! – VENESUELA TARİXİ DƏYİŞİR

Venesuela Mərkəzi Bankı son 3 ildə ilk dəfə olaraq ölkədəki inflyasiya haqqında rəsmi rəqəmləri açıqlayıb. Bankın hesabatına görə, 2018-ci ildə ölkədə qiymətlər 130 000% artıb. 2017-ci ildə inflyasiya 862%, 2016-da isə «cəmi»  274% olub. Amma qiymət artımı bu il də kosmik sürətdə davam edib. Yanvarda 197%, fevralda 114,4%, martda 35% apreldə isə 34% bahalaşma qeydə alınıb.

Qeyd edək ki, Venesuela Mərkəzi Bankı 2015-ci ildən inflyasiya məlumatların açıqlamağı dayandırmışdı. Hökumət bunu onunla əsaslandırırdı ki, qiymət artımı iqtisadi müharibənin təsiridir. İndi isə statistika Beyəlxalq Valyuta Fondunun tələbi ilə açıqlanıb. Əks halda ölkə fonddan kredit ala bilməyəcəkdi.

Eləcədə bax: Azərbaycanın tanınmış sirkəti planlarını açıqladı - BREND SİQARET BURAXACAQ

FED.az xəbər verir ki, inflyasiyadan başqa, Venesuela Mərkəzi Bankı ölkədəki ümumi iqtisadi vəziyyəti də açıqlayıb. Belə ki, 2018-ci ildə ölkənin neft gəlirləri 29,8 milyard dollar olub ki, bu da 2017-ci ildən 5,6% azdır. İqtisadi tənəzzül isə daha ciddi rəqəmlərlə ölçülür  - 2013-cü ildən 2018-ci ilədək iqtisadiyyat 47,7% geriləyib. Neft hasilatı isə 26% azalıb.

Beynəlxalq Valyuta Fondunun proqnozları isə Venesuelanın rəsmi rəqəmlərindən xeyli fərqlənir. BVF hesab edir ki, 2018-ci ildə ölkədə inflyasiya 1 370 000% olub. Fondun poqnozuna görə, bu il Venesuelada qiymət artımı nə az, nə çox, düz 10 000 000% olacaq və bu səviyyə 2020-ci ildə də davam edəcək.

Xatırladaq ki, Venesuela iqtisadiyyatında problemlər 2014-cü ildə, neftin kəskin ucuzlaşmasından sonra başladı. Nəticədə ölkənin neft gəlirləri 30% azaldı. Bundan başqa, ölkədəki milliləşdirmə (özəl və ya xarici şirkətlərin dövlətin mülkiyyətinə keçirilməsi) və oyun qaydalarının tez-tez dəyişməsi xarici investorları ölkədən qaçırtdı. Problmi həll etmək əvəzinə, Mərkəzi Bank pul dəzgahanı işə saldı və sürətlə artan pul kütləsi ölkədə kosmik inflyasiyaya səbəb oldu.

Paralel olaraq ABŞ-ın tətbiq etdiyi sanksiyalar, o cümlədən PDVSA neft şirkətinə tətbiq edilən sanksiyalar və ölkənin xaricdəki qızıl valyuta hesablarının bloklanması Venesueladakı vəziyyəti fəlakət həddinə çatdırdı. ABŞ sanksiyaları Venesuela neftinin alıcılarını da qorxutdu və azaltdı. Bütün bunlar nəticəsində 2016-cı ildə ölkənin ÜDM-i 20% azaldı, inflyasiya 550%ə çatdı, xarici borc isə 130 milyard dollara çataraq ölkəni defolt vəziyyətinə gətirdi. 2017-ci ildə Venesuela xarici öhdəliklərinə əməl edə bilməyərək defolt elan etdi.  Bütün xarici şirkətlər ofislərini bağlayıb ölkəni tərk etdilər. Onların ardınca 3 milyona yaxın insan da bu vəziyyətə dözməyərək ölkəni tərk edib.

Belə vəziyyətdə Venesuelaya Rusiya və Çik dəstək verdi. İndiyədək Çin öu ölkəyə 70 milyard dollar, Rusiya isə 17 milyard dollar borc verib.

Venesueladakı vəziyyəti təsvir etmək üçün onu demək kifayətdir ki, hazırda buradakı «Makdonalds» şəbəkəsində bir dəst yeməfin qiyməti 18,5 min bolivardır. Ölkədəki minimum əmək haqqı isə 40 min bolivardır (təqribən 8 dollar). Başqa sözlə, minimum əmək haqqı yalnız «Makdonalds»da 2 nəfərlik nahara çatır. Hazırda ölkə əhalisinin 90%-i yoxsuldur, yarıya qədəri isə normal qidalana bilmir.

Ekspertlər bildirir ki, yaxın vaxtlarda iqtisadi vəziyyət daha da pisləşəcək.

Vəziyyəti düzəltmək üçün, neft hasilatı bərpa olunmalı və artmalıdır. Bu isə ölkəyə xarici şirkətlərin gəlməsi ilə mümkün olacaq. Dünya ictimaiyyətinin Venesuela hakimiyyətinə münasibəti dəyişməyənə qədər isə bunu gözləmək yersizdir.

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz