27 may 2019 19:33

Avropa Liqasının finalına nə qədər bilet satılıb? - SON RƏQƏM  

UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu üçün 52 min bilet satılıb.

Bu barədə AFFA-dan məlumat verilib.

Hazırda daha 10 min bilet satışdadır. Qalan biletlər isə UEFA-nın sponsorlarına təqdim ediləcək.

Qeyd edək ki, mayın 29-da saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda “Çelsi” ilə “Arsenal” komandaları qarşılaşacaq.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz