22 may 2019 14:21

Qazaxıstan 1 kiloqramlıq - SİKKƏ BURAXIB

Xatirə sikkələri  Avrasiya İqtisadi Birliyinin (EAEU) beş illik yubileyi şərəfinə buraxılmışdı.

FED.az Banker.az-a istinadən xəbər verir ki, 50 min tengə nominalında və1 kq çəkisində olan sikkələrin tirajı cəmi 20 ədəd təşkil edib.  

Satışa 500 təngə nominalında olan 500 ədəd qızıl və 1500 gümüş sikkə buraxılacaq.

Qazaxıstanın Milli Bankının mətbuat xidmətindən verilən məlumata görə, “sikkələr kolleksiya qiymətinə uyğun olaraq satışa çıxarılır və  Qazaxıstan Milli Bankının dövlət, rus və ingilis dillərində bir sıra keyfiyyət sertifikatı ilə təmin olunur”.

Eləcə də bax: Azərbaycan bankları - gücləndirilmiş iş rejiminə keçir – PALATADAN AÇIQLAMA - SİYAHI

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz