22 may 2019 11:31

"AGBank" xidmət şəbəkəsini genişləndirir

Azərbaycanın aparıcı banklarından olan AGBank ASC yeni, sayca artıq 62-ci bankomatını istifadəyə verib. FED.az-a bankdan verilən məlumata görə, bankomat Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Rasim Ocaqov küçəsində, Bilgəh Kardioloji Sanatoriyasının önündə müştərilərin ixtiyarına verilib.

Bankomatların sayına görə, AGBank Azərbaycanda fəaliyyət göstərən banklar arasında hər zaman ilk sıralarda qərarlaşıb və hazırda 62 ATM ilə müştərilərinə xidmət verir. Bankın mühüm prioritetlərindən biri - fəaliyyət coğrafiyasını və hazırda Bakı və regionlarda 18 filial, 1 şöbə və çoxsaylı bankomatlardan ibarət müştəriyə xidmət şəbəkəsinin genişləndirilməsidir. Bank hər il bankomatların sayının artırılması, onların texniki baxımdan yenilənməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirir. 



 

Paylaş

Şərhlər

Şərh yoxdur

Cavab yaz