17 may 2019 17:22

Azərbaycanda banka 100 min manat yatıran əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək

Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi veriləcək.

FED.az xəbər verir ki, bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 45-ci (Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar) maddəsinə edilən əlavəyə əsasən, Azərbaycanda fəaliyyət göstərən banklara müddətli zəmanət müqaviləsi əsasında azı 100 min manat məbləğdə pul vəsaiti qoyan əcnəbiyə ölkədə yaşamaq icazəsi verilir.

Banka müddətli əmanət müqaviləsi əsasında pul vəsaiti qoymaqla Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə alan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyatı banka göndərilir. Həmin siyahıda göstərilən şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 100 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xiyam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat verir.

Dəyişiklik layihəsi Milli Məclisin plenar iclasında müzakirə ediləcək.

Eləcə də bax: Azərbaycana gələn ərəblərin sayı azalır, avropalıların artır

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz