17 may 2019 12:51

Yükdaşıma şirkətləri ilə bağlı - YENİ TƏLƏBLƏR

Milli Məclisin bu gün keçirilən plenar iclasında Mülki Məcəlləyə dəyişiklik müzakirəyə çıxarılıb. FED.az xəbər verir ki, qanun layihəsinə yeni maddələr əlavə edilib.

Bildirilir ki, yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. 

Həmçinin, qeyd edilir ki, daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. 
Eyni zamanda, göstərilir ki, yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir.

Eləcə də bax: Dövlət qurumlarının avtomobillərinin idarə edilməsinə dair - YENİ TƏLƏB

Sənəddə qeyd edilib ki, ekspeditora qarşı yaranan tələblər üzrə iddia müddəti iddia qaldırmaq hüququ yarandığı andan bir il təşkil edir. 

Ekspeditora qarşı iddia qaldırılmazdan əvvəl ona yazılı formada pretenziya verilməsi məcburidir. Pretenziya iddia müddəti ərzində verilə bilər. 

Yəni, ekspeditor pretenziyanı rədd etdikdə və ya qismən qəbul etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə, ona qarşı məhkəmədə iddia qaldırıla bilər.

Qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz