15 may 2019 14:40

"Facebook" canlı yayımları məhdudlaşdırır

Ötən aylarda Yeni Zelandiyada yaşanan hücum hadisəsinin ardından "Facebook" canlı yayım ilə bağlı məhdudlaşmaların olacağını bildirmişdi.

FED.az xəbər verir ki, platforma buna bənzər hadisələrdə tez bir zamanda hərəkətə keçə biləcək.

Bununla bağlı şirkətin yayımladığı hesabata əsasən, sosial şəbəkə "Live Strike" adlı siyasət nümayiş etdirəcək. Belə ki, ictimai qaydaları pozduğu müəyyən edilən və xəbərdarlıq olunan istifadəçilər bir müddət canlı yayım aça bilməyəcəklər. Həmçinin başqa saytlarda olan canlı yayımları da paylaşa bilməyəcəklər.

"Facebook"un bununla bağlı sünii zəka üzərində çalışdığı bildirilir.

Eləcə də bax: “WhatsApp” və “Instagram” “Facebook”-dan alınmalıdır – YENİ İTTİHAM

Paylaş
Mənbə

Şərhlər

Şərh yoxdur

Cavab yaz